14 Dekabr 2018, Cümə - 16:23

M.İzola daha sıx rəqabət gözləyir

M.İzola daha sıx rəqabət gözləyir

Müəllif: Rauf Hacıyev, redaktor

17:12 - 30 Yanvar, 2018

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, bu il 5-6 komanda arasında çempionluq mübarizəsi gözləyir.

F-1.az xatırladır ki, bu il McLaren Renault mühərriyinə keçib. Eyni zamanda, elə Renault komandasının da inkişaf etməsi və podium uğrunda mübarizə aparması gözlənilir.

Mario İzola: “Keçən il Ferrari Mercedes-ə yaxın idi və trasda gözəl mübarizə gördük. Yay fasiləsindən sonra isə Red Bull da mübarizəyə qoşuldu və bir neçə yarış qazandı. Bu il McLaren komandası da Renault mühərriyinə keçəcək və əminəm ki, mübarizə artacaq. Ümid edirəm ki, ön qrupda 5-6 komandanın mübarizəsini görərik.

Fernando Alonso Formula1 tarixinin ən güclü sürücülərindəndir. Əgər rəqabətədavamlı bolidi olsa, uğur qazana bilər. Keçən il bolidi təkmilləşdirə bilmişdilər. İndi isə fərqli mühərriklə yarış qazana bilərlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 176
Teqlər ,
Paylaş

logo