22 Noyabr 2017, Çərşənbə - 12:53

M.Ferstappen mühərrikdən şikayətlənib

M.Ferstappen mühərrikdən şikayətlənib

Müəllif: Rauf Hacıyev, redaktor

22:24 - 11 Noyabr, 2017

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Renault mühərriklərinin performansına görə məyusdur.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Bottasdan 0.6 saniyə geri qalaraq 4-cü olub.

Maks Ferstappen: “GPS məlumatlarına baxdım və düzlüklərdə çox vaxt itiririk. Aradakı fərq buradan əmələ gəlir. Bilirdik ki, bu trasda çətin olacaq. Döngələrlə bol olan ikinci sektorda cəmi 0.08 saniyə geridəyik. Düzlüklərdə çox vaxt itirdik. Bu trasda döngələr azdır. Yarışda daha yaxın olmalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 973
Teqlər , , ,
Paylaş

logo