19 Noyabr 2017, Bazar - 01:32

M.Ferstappen: “Diqqətli olmalıyıq”

M.Ferstappen: “Diqqətli olmalıyıq”

Müəllif: Rauf Hacıyev, redaktor

21:04 - 09 Noyabr, 2017

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, gələn il çempionluq üçün yarışmaq istəsələr də, daha təmkinli danışmaq lazımdır.

F-1.az xatırladır ki, hollandiyalı sürücü son 4 yarışda 2 qələbə əldə edib.

Maks Ferstappen: “Doğru yolda olduğumuzu bilirəm. Amma yenə də diqqətli olmalıyıq. Digər komandaların necə hazırlaşdığını bilirik. Biz yaxşı iş görsək də, onlardan geri qala bilərik. Buna görə də çox işləməliyik. Bu mövsüm son iki yarışda əlimdən gələni edərək, əylənmək istəyirəm. Görək gələn il nə olur. Meksikada bolidimizin gücünü göstərdik. Ümid edirəm ki, gələn il rəqabətədavamlı olarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 687
Teqlər ,
Paylaş

logo