17 Dekabr 2017, Bazar - 04:24

M.Arrivabene nəticədən narazı qalıb

M.Arrivabene nəticədən narazı qalıb

Müəllif: Rauf Hacıyev, redaktor

16:09 - 01 May, 2017

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, komandasından daha yaxşı nəticə gözlədiyi üçün məyus olub.

F-1.az xatırladır ki, Ferrari komandasının sürücüləri yarışa ilk iki yerdən başlasalar da, Bottas startda hər ikisini də geri qoyaraq qələbə qazanmışdı.

Mauritsio Arrivabene: “Yarışda daha yaxşı nəticə almalı idik. Yaxşı start ala bilmədik və bunun cəzasını yarışda yalnız ikili podiumla ödədik. Burada ötmələr çox çətindir və Mercedes də düzlükdə çox sürətlidir. Ümumilikdə yarış tempimizdən razıyam. Strategiya cəhətdən yaxşı işlər gördük, amma nəticəyə əks olunmadı. Kimi və Sebastyan keyfiyyətlərini göstərdilər. İndi isə Barselona yarışına fokuslanmalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 339
Teqlər , , , , , ,
Paylaş

logo