23 Fevral 2018, Cümə - 14:15

L.Turini: “Kimini Ferrari-də əvvəlkitək sevirlər”

L.Turini: “Kimini Ferrari-də əvvəlkitək sevirlər”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:27 - 25 Yanvar, 2015

İtaliyalı jurnalist Leo Turini Ferrari komandasının Maranellodakı bazasında baş verən hadisədən hamıdan əvvəl xəbər tutur. Mövsümöncəsi testlər ərəfəsində Leo əmin […]

İtaliyalı jurnalist Leo Turini Ferrari komandasının Maranellodakı bazasında baş verən hadisədən hamıdan əvvəl xəbər tutur. Mövsümöncəsi testlər ərəfəsində Leo əmin edir ki, Ferrari-də işçi əhval-ruhiyyə çox pozitivdir və bu həftə Kimi Rəykkönen bazaya gələndə hiss olunurdu ki, əməkdaşlar onu çox sevirlər…

F-1.az Leo Turininin bloqundan qeydlərini nəzərinizə çatdırır: “Ferrari-də əla atmosfer hökm sürür, Kimi Rəykkönen isə həmişəki kimi əməkdaşların sevimlisidir, çünki onlar yaxşı xatırlayırlar ki, komandaya son titulu məhz finlandiyalı sürücü qazandırıb. Bu il Skuderiyada Kimi və Sebastyan Fettel çıxış edəcəklər, amma yeni mövsüm ərəfəsində komanda böyük nəticəyə ümid etmir.

Yarış bölməsinin əməkdaşlarından biri Kimidən soruşub: “Sən səkkiz il əvvəl bizim üçün son titulu qazanmısan. Biz növbəti titulu 2028-ci ildə görəcəyik? Çünki Codi Şekter də 1979-cu ildə titul qazanmışdı və Mixael Şumaxerin bizim üçün növbəti titulunu 21 il gözləməli olduq.”

Deyilənlərə görə, Kimi sadəcə gülümsəyib…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 208
Teqlər , , , , ,
Paylaş

logo