15 Oktyabr 2018, Bazar ertəsi - 23:51

Liberty Media başqa motorlara keçməyi istisna etmir

Liberty Media başqa motorlara keçməyi istisna etmir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:09 - 13 Mart, 2017

Liberty Media şirkətinin icraçı direktoru Qreq Maffey bu günlərdə Deutsche Bank-da baş tutan konfransda çıxış edərkən bildirib ki, gələcəkdə Formula1 elə də populyar olmayan və çox baha başa gələn hibrid güc qurğularından imtina etməklə, başqa motorlardan istifadəyə keçə bilər.

FİA-nın prezidenti Jan Todt bu məsələdə sərt mövqe tutaraq hesab edir ki, əvvəlki V8 və ya V10 mühərriklərinə qayıtmaq praktiki olaraq, mümkün deyil, amma Maffeyin sözlərinə görə, Formula1-in yeni sahibləri vəziyyətə müdaxilə edə bilərlər.

“Mühərriklərlə nəsə eləmək lazımdır, DRS sistemi ilə də nəsə eləmək lazımdır, hansısa tədbirlərin görülməsi zəruridir, amma eyni zamanda, məsrəflərin artmasının qarşısını da almağı unutmaq olmaz, – Formula1 barədə sualı Maffey belə cavablandırıb. – Liderlərlə autsayderlər arasındakı fərq çox böyükdür. Top-komandalar yüz milyonlarla dollar xərcləyirlər, orta və balaca komandaların isə belə imkanları yoxdur. Bu ağılsızlıqdır, biz şansları bərabərləşdirməyə cəhd etməliyik və müxtəlif yollarla idman rəqabətinin səviyyəsini artırmalıyıq”.

F-1.az bildirir ki, Maffey bir daha Avropa mərhələlərinin sayını artırmağa da toxunub: “Təqvimdə yeni yarışlar peyda olurlar, bəzi ölkələr isə təqvimdən çıxırlar, amma bu idmanın əsas azarkeş kütləsi Avropada yaşayır və biz yarışların müxtəlif köhnə traslara qayıtması prosesinə başlamışıq. Formula1-in kökləri Fransa və İngiltərədədir.

Amma, eyni zamanda, yarışları baxımlı və maraqlı etməliyik, yarışların keçirilməsi isə promouterlər üçün sərfəli olmalıdır. Ən yaxşı yeni mərhələləri – Meksika, Sinqapur və Əbu Dabi kimi Qran Priləri nümunə götürmək və ənənəvi traslara yaymaq lazımdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 859
Teqlər , , , ,
Paylaş

logo