24 Sentyabr 2017, Bazar - 09:01

L.Həmilton: “Bu gün ilk üçlük məndən sürətli idi”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:21 - 27 Aprel, 2009

Lyuis Həmilton Bəhreyndə beşinci yerdən KERS-dən istifadə etməklə uğurla start alıb və ilk döngəyə üçüncü girib, amma ikinci dövrənin əvvəlində […]

Lyuis Həmilton Bəhreyndə beşinci yerdən KERS-dən istifadə etməklə uğurla start alıb və ilk döngəyə üçüncü girib, amma ikinci dövrənin əvvəlində Censon Battonu irəli buraxıb. McLaren sürücüsü finiş xəttini də elə dördüncü keçib…

Lyuis Həmilton: “Təəssüf ki, üçüncü yeri qoruya bilmədim. Censon döngələrdə olduqca sürətli idi və quyruğumdan qopmurdu. Amma mən elə dördüncü yerdən də razıyam, çünki bu gün Toyota, Red Bull və Brawn sürücüləri məndən sürətli idilər və mən onların arxasınca çətinliklə çatdırırdım.

Buna baxmayaraq, komanda daha bir uğurlu addım atıb. Biz maşın üzərində işimizi davam etdiririk, çünki hələ liderlik uğrunda mübarizə aparmaq çətindir. Amma biz xal toplayırıq. Bəlkə Barselonada bizim geriqalmamız artacaq, çünki orda asfalta yatma qüvvəsinin yüksək səviyyəsi tələb olunur, amma biz ilk onluğa düşməyə çalışacayıq. İlk beşliyə düşmək isə çox çətin olacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 109
Teqlər
Paylaş

logo