L.Həmilton: “Rəngimə görə ikiqat çalışmalı olmuşam”

Tez-tez qəribə çıxışları ilə diqqəti cəlb edən üçqat dünya çempionu Lyuis Həmilton yenə də müzakirə olunacaq ifadələr işlədib.

F-1.az xəbər verir ki, Mercedes AMG-nin ingilis sürücüsü Lyuis Həmilton Formula1-də uğur əldə etməyin rahat olmadığını, ağır əziyyət hesabına bu nöqtəyə gəldiyini bildirib.

Lyuis Həmilton: “Mən Formula1 karyerama görə bir çox şeydən imtina etmişəm. Hətta şəxsi həyatımdan da. Nə vaxt dostlarım məni əylənmək üçün çağırsalar, növbəti gün məşqlərim, işlərim olduğunu əsas gətirərək imtina etmişəm. Formula1-də uğur qazanan ilk zənci sürücüyəm. Buna görə mən hər zaman ikiqat çalışmalı olmuşam. Eyni zamanda da ikiqat nəzakətli olmuşam…”

Lyuis hər nə qədər şəxsi həyatında bir çox şeyi idmana qurban verdiyini desə də, belə görünmür…

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*