23 Oktyabr 2017, Bazar ertəsi - 17:27

L.Həmilton idealını qabaqlamaq istəyir

L.Həmilton idealını qabaqlamaq istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

14:12 - 19 May, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, ardıcıl 8 poul qazanmaqla, əfsanəvi Ayrton Sennanın rekordunu qırmaq istəyir.

F-1.az xatırladır ki, britaniyalı sürücü builki Çin yarışının sıralanma turunda poul qazanaraq, ardıcıl 6-cı poulunu əldə etmişdi. Amma Bəhreyn Qran Prisində poul əldə edən Bottas 32 yaşlı sürücünün arzusunu gözündə qoymuşdu.

Lyuis Həmilton: “Bu mövsüm çətin keçir. Yarışlara 1-ci yerdən başlamaq həmişə vacibdir. Sebastyanı trasda qabaqlamaq çempionluq uğrunda mübarizədə çox mühüm olacaq. Çində ardıcıl 6-cı poulumu qazansam da, bunun davamını gətirə bilmədim. İndi yenidən bu seriyanı əldə etmək istəyirəm. Sennanı üstələməyi hədəfləyirəm. Mövsümün ilk yarışlarında vacib işlər gördük və bolidi təkmilləşdirdik. Ümid edirəm ki, mövsümün sonunda çempion olaram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 767
Teqlər , ,
Paylaş

logo