16 Dekabr 2017, Şənbə - 19:03

K.Sayns: “2018-ci ildə güclü komandada olmaq istəyirəm”

K.Sayns: “2018-ci ildə güclü komandada olmaq istəyirəm”

Müəllif: Rauf Hacıyev, redaktor

07:55 - 06 Oktyabr, 2016

Karlos Sayns 2017-ci ildən sonra daha güclü bir komandaya getmək istəyir və buna görə də ispaniyalı Red Bull komandasına xəbərdarlıq edib.

F-1.az xatırladır ki, Sayns Red Bull ilə müqaviləsini uzadıb və daha bir il Toro Rosso komandasında çıxış edəcək.

Karlos Sayns: “Mən bilirəm ki, 2017-ci il Red Bull üçün mükəmməl il olacaq. Məni isə çətin bir il gözləyir. Formula1-dəki üçüncü mövsümümdə də Toro Rosso-da yarışacam.

Bütün alternativlərə açıq olmalıyam. Red Bull və ya başqa komandaya keçə bilərəm.

Siz də çox yaxşı bilirsiniz və Red Bull da çox gözəl bilir ki, 2018-ci ildə güclü komandada olmaq istəyirəm. Bunun üçün hazır olmalıyam”

Sayns bildirib ki, onun Red Bull ilə 2020-ci ilə qədər opsiyonu var: “Burada müqaviləm var. 2017-ci il üçün opsiyondan istifadə etdilər. 2020-ci ilə qədər opsiyonum var. Bu opsiyondan istifadə edə bilərlər. Toro Rosso və ya Red Bull. Fərqi yoxdur.

Mən Helmut Marko ilə danışdım və hazır olduğumu dedim. Sonrakı addımı atmağa ehtiyacım var. Bunun üçün hazıram. Bunu başa düşürlər və məni dəstəkləyirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 78
Teqlər , ,
Paylaş

logo