19 Sentyabr 2018, Çərşənbə - 11:44

K.Rəykkönen: “Poul mümkün idi”

K.Rəykkönen: “Poul mümkün idi”

Müəllif: Rauf Hacıyev, redaktor

19:23 - 07 İyul, 2018

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Britaniya Qran Prisində poul qazanmaq mümkün idi.

F-1.az xatırladır ki, finlandiyalı sürücü son cəhdində səhv etsə də, lider Həmiltondan cəmi 0.098 saniyə geri qalaraq 3-cü olub.

Kimi Rəykkönen: “Xoşbəxt deyiləm. Hər şey bizim əlimizdə idi və tempimiz olsa da, çox kiçik fərqlə geridə qaldıq. 16-cı döngədə təkərlər kilidləndi və orada vaxt itirdim. Bolidin sabah çox güclü olmasını gözləyirəm. Hava çox istidir və bu hal təkərlərin işini çətinləşdirəcək. Buna görə də təkərlərə yaxşı nəzarət etmək qələbə üçün vacib olacaq. Məqsədimiz qalib gəlməkdir və bunun üçün gücümüz var. Önümüzdə uzun yarış var və görək necə olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 71
Teqlər , , ,
Paylaş

logo