18 Noyabr 2017, Şənbə - 15:57

K.Rəykkönen Medium təkərlərdən narazı qalıb

K.Rəykkönen Medium təkərlərdən narazı qalıb

Müəllif: Rauf Hacıyev, redaktor

22:15 - 31 Oktyabr, 2016

Kimi Rəykkönen ikinci pitlərdən sonra yavaşlamasının səbəbi kimi Medium təkərlərin asfaltla ilişmədə bərbad olmasını göstərib.

F-1.az xatırladır ki, Rəykkönen birinci pit-stoplardan əvvəl Fetteldən öndə olsa da, Ferrari-nin seçdiyi fərqli strategiyaya görə 6-cı ola bilib.

Finlandiyalı sürücü yarışın sonunda Hülkenberqi trasda keçməli olub.

Kimi Rəykkönen: “Start mənim üçün pis olmadı və sonradan yüksək templə getməyə başladım. İlk pitdən sonra Medium təkərlərə keçdik və bundan sonra asfaltla ilişmədə çətinliklər yaşadım. İkinci dəst Medium təkərlərdə vəziyyətin düzələcəyini düşündük və ikinci dəfə pitə daxil olduq. Amma arxa tərəfdə asfaltla ilişmə pis idi. Bunun doğru qərar olub-olmadığını demək şətindir, amma mən bu strategiyanı sınadığım üçün sevincliyəm”.

Rəykkönen Hülkenberqlə yaşadığı insidentdən də danışıb: “Hülkenberqi keçmək asan deyildi. Rəqibinizi yaxından izləyərkən, asfaltla ilişmə zəif olursa, işiniz çətin olur. Toxunduğumu bilmirəm, amma onun yerində fırlandığını gördüm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 139
Teqlər , , , ,
Paylaş

logo