12 Dekabr 2018, Çərşənbə - 05:40

K.Rəykkönen: “Bizim günümüz deyildi”

K.Rəykkönen: “Bizim günümüz deyildi”

Müəllif: Rauf Hacıyev, redaktor

20:25 - 22 İyul, 2018

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Almaniyada heç nə istədikləri kimi getməyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa 3-cü yerdən başlasa da, erkən pit-stopa görə liderliyə yüksəlib, amma komanda əmri ilə yenidən Fettelin gerisinə düşüb. Daha sonra Bottasın hücumlarına da tab gətirə bilməyən Dünya Çempionu yarışı 3-cü yerdə bitirib.

Kimi Rəykkönen: “Sürətli idik və iki pit-stop etməyi düşünürdük. Daha sonra komanda belə bir qərar verdi və mən də işimi gördüm. Şərtləri bilmirdik və nələr olacağını proqnozlaşdırmaq asan deyildi. Yağış başlayanda tras sürüşkən idi. Dövrəvi sürücüləri keçəndə də öndəkilərdən biri yol vermədi və məni blokladı. O anda Bottas məni keçdi. Əlimdən heç nə gəlmirdi. Asan yarış olmadı. Məyusuq. Mən sadəcə öz bolidimi sürdüm və digərlərinin nə hiss etdiyini bilmirəm. Ötmə etmək çətin idi. Ötmə etmək çətin idi və asfaltla ilişməni təmin etmək üçün mübarizə aparmalı idik. Amma artıq əlimizdən heç nə gəlmir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 135
Teqlər , , ,
Paylaş

logo