24 Oktyabr 2017, Çərşənbə axşamı - 15:12

K.Horner: “Qasli gələcəkdə Formula1-də olacaq”

K.Horner: “Qasli gələcəkdə Formula1-də olacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

18:17 - 30 Noyabr, 2016

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Pyer Qaslı gələn il olmasa da, növbəti il Formula1-də çıxış edə bilər.

F-1.az xatırladır ki, Qasli GP2-nin son yarışında komanda yoldaşını geridə qoyaraq, Dünya Çempionu titulunu qazanıb. Gənc sürücünün gələcək karyerası isə müəmmalıdır. Qaslinin gələn il Super Formula-da çıxış etməsi gözlənilir.

Kristian Horner bu barədə qərar vermədiklərini desə də, gənc sürücünün gələcəyinin açıq olduğunu deyib: “GP2-də çempion olmağı gözəl haldır. Bu il əla iş gördü. Bizimlə etdiyi testlərdə və inkişaf proqramlarında vacib işlər gördü. Hazırda Formula1-də yarışması üçün yer yoxdur, amma o, gənc komandanın ən vacib üzvüdür və onu komandada saxlamaq istəyirik. Gələcəkdə Formula1-də olacağına inanıram”.

Qasli isə Super Formula-da yarışmaq istəyir: “Helmut ilə danışmaq istəyirəm. Formula1-ə hazırlaşmağım üçün ən yaxşı seriyada yarışmaq istəyirəm. Stoffel Super Formula-da əla mövsüm keçirtdi və onunla bu barədə danışmışam. Karyeram üçün ən yaxşı qərarı verəcəyik.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 132
Teqlər , ,
Paylaş

logo