K.Horner: “Maks heç hara getməyəcək”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, son zamanlarda adı tez-tez Ferrari ilə hallanan Maks Ferstappen uzun illər komandada qalacaq.

F-1.az xatırladır ki, 19 yaşlı sürücü son 7 yarışın 5-də damalı bayrağı görə bilməyib. Buna görə də bəzi şayiələr gəzir ki, hollandiyalı sürücü mövsümün sonunda “qırmızı öküzlər”in sıralarını tərk edəcək.

Kristian Horner: “Maksın komanda ilə 2019-cu ilə qədər müqaviləsi var və başqa komandaya gedə bilməz. Amma 2019-cu ildən sonra istəsə, sürücü bazarına çıxa bilər. Son günlərdə Ferrari xəbərlərini görürəm, lakin bunlar hamısı yalandır. Maks bizim komandada xoşbəxtdir.

Son yarışlarda bəxti gətirmir və buna görə əsəbi olmasını başa düşürəm. Əlində olmayan səbəblərə görə məyus olur. Ümid edirəm ki, Silverstounda hər şey onun üçün yaxşı gedər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*