20 Oktyabr 2018, Şənbə - 06:44

K.Horner: “Gələn ilə alternativ çoxdur”

K.Horner: “Gələn ilə alternativ çoxdur”

Müəllif: Rauf Hacıyev, redaktor

13:03 - 15 Yanvar, 2018

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, 2019-cu ildə çoxlu mühərrik alternativləri olduğu üçün xoşbəxtdirlər.

F-1.az xatırladır ki, Red Bull və Renault ilin sonunda yollarını ayıracaqlar. Avstriya təmsilçisinin önündə Honda kimi alternativ var.

Kristian Horner: “2019-cu ildə fərqli mühərrik istehsalçısı tapmalıyıq. Amma bu mövzuda narahat deyilik. Artıq bəzi alternativlərimiz var və bu əvvəllər olmurdu. Bu alternativləri dəyərləndirib ən əlverişlisini tapmağa çalışacağıq. Bizim üçün çətin bir il olacaq. Toro Rosso-nun Honda ilə müqaviləsindən razıyıq. Beləliklə, onları da yaxından izləyəcəyik. Son illərdə daha yaxşı vəziyyətdədirlər və getdikcə güclənirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 156
Teqlər ,
Paylaş

logo