20 Oktyabr 2017, Cümə - 09:10

K.Horner: “Alonso səhv qərarlar verdi”

K.Horner: “Alonso səhv qərarlar verdi”

Müəllif: Rauf Hacıyev, redaktor

20:16 - 19 Aprel, 2017

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Fernando Alonso karyerası ərzində pis qərarlar verdiyi üçün layiq olduğu yerdə deyil.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2 dəfə Dünya Çempionu titulunu qazanıb və 3 dəfə vitse-çempion olub. Amma 35 yaşlı sürücü 2015-ci ildə McLaren komandasına keçdikdən sonra heç podiuma belə yüksələ bilməyib və ən yaxşı nəticəsi beşincilik olub. Buna görə də Fernando Alonso bu mövsüm Monako QP-dən imtina edərək, İndy500 yarışında debütə qərar verib.

Kristian Horner: “Sözün açığı, Alonsonun Monakoda yaxşı nəticə almaq ehtimalı böyük idi. Buna görə də Monako kimi nüfuzlu yarışa çıxmaması qəribədir. Orada mühərriyin gücü önəmli deyil və arada yağış da yağır. Xal almaq üçün bundan gözəl fürsət ola bilməzdi. Buna baxmayaraq, Fernandonun qərarına hörmət edirəm. Heyif ki, rəqabətədavamlı bolidlə yarışa bilmir və buna görə əsəbi olduğunu bilirəm. O, dünyadakı ən güclü sürücülərdən biridir və güclü bolidə layiqdir. Alonsonu bu vəziyyətdə görmək məni məyus edir. Hazırda olduğu vəziyyətin səbəbi səhv tövsiyələr olub. Komanda dəyişikliklərində səhv elədi və hazırda cəzasını çəkir. O arxa cərgələrdə mübarizə aparmağa layiq deyil. Ön cərgələrdə Fettel, Həmilton, Rikkardo və Ferstappen ilə mübarizə aparmalıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 212
Teqlər , , ,
Paylaş

logo