25 Aprel 2018, Çərşənbə - 20:29

J.Todt Fetteli niyə bağışlayıb?

J.Todt Fetteli niyə bağışlayıb?

Müəllif: Rauf Hacıyev, redaktor

12:20 - 04 Dekabr, 2017

FİA-nın prezidenti Jan Todt bildirib ki, Azərbaycan yarışında Lyuis Həmiltona qəsdən çırpılan Sebastyan Fetteli bağışlayıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü Bakıdakı yarışda təhlükəsizlik avtomobilinin arxasında yavaşlamış və Fettel arxadan ona çırpılmışdı. Almaniyalı sürücü buna görə qəzəblənmiş və Həmiltonla bərabərləşərək, bolidini rəqibinin bolidinə çırpmışdı.

Jan Todt: “Məni tanıyanlar bilirlər ki, bu cür vəziyyətlərə tolerant yanaşıram. Mən uzun illərdir ki, idmanın içindəyəm və bilirəm ki, insanlar hadisələrin gedişatına görə necə davrana bilərlər. Buna görə də mühakimə edərkən birinci belə halları düşünürəm. O vaxtlar buna oxşar hadisəni Mixael Şumaxerlə yaşamışdıq. 1997-ci ilin Xeres və 2006-cı ilin Monako yarışlarını xatırlayın. Hamı özünü itirərək bəzi hərəkətlər edə bilər, ancaq sonradan buna görə peşman olursa, həmin adamlara daha yaxşı yanaşmalıyıq. Sebastyanda da vəziyyət belə idi. Hadisədən sonra bir neçə dəfə peşmançılığını dilə gətirdi və ona inanıram. Artıq heç bir problem yoxdur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 205
Teqlər , , ,
Paylaş

logo