İspaniya-2018: Sürücülərin cərimə balları və rəsmi xəbədarlıqları

FİA 2014-cü ildən etibarən cərimə ballarının tətbiqinə başlayıb – hər bir sürücüyə bəzi hallarda yarışdakı mövqeyinə təsir edəcək cəzalardan əlavə cərimə balı da verilir.

Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.

F-1.az bildirir ki, bu dəfə Stoffel Vandorn və Roman Qrojan stüardların diqqət mərkəzinə düşüblər – hər iki sürücü 2 balla cərimələnib. Növbəti yarış iki həftə sonra baş tutacaq və bu müddət ərzində Vandorn və Paskal Verlyayn keçən il İspaniyada aldıqları cərimə ballarından azad olacaqlar. Beləliklə, Verlyaynın adı bu siyahıdan da silinmiş olacaq. Biz artıq bu dəyişiklikləri cədvəldə nəzərə alaraq statistikanı təqdim edirik.

 

Yer N Sürücü Bal 1-ci cərimə 2-ci cərimə 3-cü cərimə 4-cü cərimə
1 26 Daniil Kvyat 7 2 (Kanada, 2017) 2 (Avstriya, 2017) 2 (Britaniya, 2017) 1 (Macarıstan, 2017)
2 20 Kevin Maqnussen 7 2 (Kanada, 2017) 2 (Macarıstan 2017) 1 (ABŞ, 2017) 2 (Azərbaycan, 2018)
3 9 Markus Eriksson 7 2 (ABŞ, 2017) 3 (Çin, 2018) 2 (Azərbaycan, 2018)
4 11 Serxio Peres 5 2 (Monako, 2017) 1 (Belçika, 2017) 2 (Azərbaycan, 2018)
5 33 Maks Ferstappen 5 2 (Macarıstan, 2017) 1 (ABŞ, 2017) 2 (Çin, 2018)
6 8 Roman Qrojan 5 1 (Meksika, 2017) 2 (Braziliya, 2017) 2 (İspaniya, 2018)
7 28 Brendon Hartli 4 4 (Bəhreyn, 2018)
8 19 Felipe Massa 3 3 (Belçika, 2017)
9 2 Stoffel Vandorn 3 2 (Avstriya, 2017) 1 (İspaniya, 2018)
10 5 Sebastyan Fettel 3 3 (Azərbaycan, 2017)
11 7 Kimi Rəykkönen 3 3 (Belçika, 2017)
12 14 Fernando Alonso 2 2 (Yaponiya, 2017)
13 55 Karlos Sayns 2 2 (Kanada, 2017)
14 22 Censon Batton 2 2 (Monako, 2017)
15 35 Sergey Sirotkin 2 2 (Azərbaycan, 2018)
16 10 Pyer Qasli 2 2 (Çin, 2018)
17 3 Daniel Rikkardo 2 2 (Avstraliya, 2018)
18 18 Ləns Stroll 1 1 (ABŞ, 2017)
19 27 Niko Hülkenberq 1 1 (Əbu Dabi, 2017)
20 30 Colion Palmer 1 1 (İtaliya, 17)

 

Bu il ilk dəfə paytaxtımızdakı yarışda rəsmi xəbərdarlıqlara müraciət olunub – ilk xəbərdarlıqları Red Bull sürücüləri alıblar. İspaniyada isə Kevin Maqnussen onlara qoşulub.

Qeyd edək ki, mövsüm ərzində üç rəsmi xəbərdarlıq almış sürücü növbəti yarışın startında 10 yer itirməklə cəzalandırılır.

Yer N Sürücü Tras üzərində Trasdan kənarda Ümumi
1 33 Maks Ferstappen 1 0 1
2 3 Daniel Rikkardo 1 0 1
3 20 Kevin Maqnussen 1 0 1
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*