24 Sentyabr 2017, Bazar - 21:46

İmola trası Formula1 yarışı üçün lisenziya alıb

İmola trası Formula1 yarışı üçün lisenziya alıb

Müəllif: Elçin Zodorov, redaktor

17:10 - 17 İyun, 2017

Entso və Dino Ferrarilərin adına olan avtodroma FİA tərəfindən Formula1 yarışını keçirməyə rəsmi icazə verilib.

F-1.az xəbər verir ki, Formula1-in yarış direktoru Çarlı Uaytinq trası yoxlayıb və vəziyyət onu qane edib. Trasın rəhbəri Uberto Estense bildirib ki, son sözü İtaliya Avtomobil Klubu (ACİ) deməlidir: “Ümid edirəm ki, tezliklə milli federasiyadan da müsbət cavab alacağıq. Biz ACİ-nin prezidentinə verdiyimiz vədləri artıq reallaşdırmışıq”.

Çox güman ki, Estense ACİ-nin prezidenti Anjelo Damyani Stikkinin verdiyi vədə işarə edir: İtaliya Qran Prisinin keçirilməsi hüququ Montsada qalarkən, Anjelo demişdi ki, nə vaxtsa yarış keçirmək növbəsi İmolaya da çatacaq…

Qeyd edək ki, İmola Formula1-ə sonuncu dəfə 2006-cı ildə ev sahibliyi edib. Aradan keçən 11 il ərzində tras ciddi dəyişikliklərə məruz qalıb.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 344
Teqlər , , , ,
Paylaş

logo