H.Y.Ştuk: “Mercedes-in uğursuzluqlarının səbəbkarı Braundur”

Keçmiş Formula1 sürücüsü, “Lə Manın 24 saatı” marafonunun ikiqat qalibi və DTM çempionu Hans Yoahim Ştuk hesab edir ki, Mercedes […]

Keçmiş Formula1 sürücüsü, “Lə Manın 24 saatı” marafonunun ikiqat qalibi və DTM çempionu Hans Yoahim Ştuk hesab edir ki, Mercedes AMG komandasının uğursuzluqlarının səbəbkarı heç də Norbert Hauq deyil, bütün günahlar komandanın başçısı Ross Braundadır…

Hans Yoahim Ştuk: “Formula1-də komandanın uğursuzluqları Ross Braunun günahıdır. Maşın kifayət qədər sürətli deyildi, Mercedes motorlarının potensialını McLaren göstərdi, hətta kasıb Force İndia komandası bu motorlarla ciddi nailiyyətlər əldə edib.

Norbertin getməsi avtoidman üçün ciddi itkidir. Axı maşını Norbert qurmamışdı, onun təkamülünə o məsuliyyət daşımırdı – bunlar Braunun işidir.

Hauqsuz Mercedes heç vaxt Formula1-ə qayıtmazdı, DTM-də çıxış etməzdi – məhz Hauq konsernin avtoidmanda proqramını uğurla realizə edirdi.”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*