Həmiltonun maşınında motor partlaya bilərdi

Mercedes komandasının mühəndisləri Braziliya yarışında Həmiltonun maşınında mühərriyin dayanmasından qorxublar.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarış ərzində Ferstappenlə mübarizə aparıb.

Toto Volff: “Qorxunc yarış keçirdik. Mühərriklə maraqlanan uşaqlar danışırdılar və mən 10 radio dalğasını birdən dinləyirdim. Hər an Həmiltonun motorunun partlayacağından qorxurdular. Səsi artırıb nə baş verdiyini anlamağa çalışdım. Belə deyirdilər: “Mühərrikdə ciddi problem var və növbəti dövrədə partlayacaq”. Amma partlamadı və uşaqlardan nə baş verdiyini demələrini istədim. Qazburaxma sistemi yerindən çıxırdı və hərarət həddən artıq artmışdı. Daha sonra mühərriyin gücünü azaldaraq problemi həll etməyə çalışdılar. İstilik 1000 dərəcənin altına düşdü. 980 dərəcə olmuşdu, ancaq yenə də yüksək və çox qorxulu idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*