20 Noyabr 2017, Bazar ertəsi - 06:04

Haas komandası ön qanad problemini həll etdiyinə əmindir

Haas komandası ön qanad problemini həll etdiyinə əmindir

Müəllif: Elçin Zodorov, redaktor

14:00 - 23 Fevral, 2016

Dünən testlərin ilk günündə komandanın fransız pilotu Roman Qrojan 320 km/saat sürətlə hərəkət edərkən ön qanadı itirmişdi.

F-1.az xatırladır ki, Qrojan boksa qayıtdı və uzun müddət trasa dönə bilmədi. Nəhayət, ilk test gününün bitməsinə 1,5 saat qalmış trasa çıxdı və günü 31 dövrə və ən yaxşı 10-cu nəticə ilə tamamladı.

Günter Ştayner, komandanın rəhbəri: “Başlanğıc yaxşı oldu. Həmin hadisəyə qədər hər şey qaydasında idi. Problemin nədən qaynaqlandığını tapmağa məcbur idik. Müvəqqəti həll yolu tapdıq, amma sabaha qədər daha yaxşı fikirləşməliyik. Təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik. İlk gündə daha çox işləmək, əlbəttə, gözəl olardı, amma kifayət qədər dövrə vurduğumuzu düşünürəm. Növbəti test günü üçün səbrsizlənirik.

Roman Qrojan: “Hər şey qaydasında idi. Nahardan sonra biz daha yaxşı dövrələr vura bilərdik, amma məlum səbəbə görə bunu edə bilmədik. Yaxşı ki, çox ciddi problem yoxdur.

Bu, komanda üçün yaxşı başlanğıc oldu. Əlbəttə, həmişə daha artığını istəyirik. Amma deyə bilərəm ki, pozitiv gün oldu. Əsas olan odur ki, mən maşında özümü rahat hiss edirəm. Maşın barədə ilk təəssuratlarım müsbətdir…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 269
Teqlər , , , ,
Paylaş

logo