20 Noyabr 2017, Bazar ertəsi - 06:13

Haas hələ də FOM ilə müqavilə bağlamayıb

Haas hələ də FOM ilə müqavilə bağlamayıb

Müəllif: Elçin Zodorov, redaktor

12:05 - 26 Fevral, 2016

Formula1-in yeni komandası Haas mövsümün başlanmasına çox az qalmasına baxmayaraq, hələ də FOM ilə müqavilə bağlamayıb.

F-1.az xəbər verir ki, hazırda mövsümü 11-ci yerdə tamamlayan komanda 10 milyon dollar qazanır. Təbii ki, FOM ilə müqavilə bağladıqdan sonra…

Günter Ştayner: “Hələ ki, hər hansı bir müqavilə yoxdur. Amma buna çox yaxınlaşdığımızı deyə bilərəm. Qət etdiyimiz yol bizə cəsarət verir.

Avstraliyada hədəfimiz sıralanma mərhələsinin 2-ci sessiyasıdır. Ən pis halda isə sürücülərimiz ilk 15 yerdə olmalıdır. Gücümüz çatan hər şeyi edəcəyik. Biz hər kəsin hörmətini qazanmaq istəyirik. Mühəndislər kubokunda 7-ci ola bilsək əla olar…”.

Qeyd edək ki, komanda bu hədəfinə çatsa, 55 milyon dollar əldə edəcək. Keçən il bu uğuru Toro Rosso komandası qazanmışdı…

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 264
Teqlər , , , ,
Paylaş

logo