16 Dekabr 2017, Şənbə - 19:05

Haas gələnilki heyətinə İtaliyadan sonra qərar verəcək

Haas gələnilki heyətinə İtaliyadan sonra qərar verəcək

Müəllif: Elçin Zodorov, redaktor

13:20 - 11 İyul, 2016

Komandanın rəhbəri Günter Ştayner Montsadakı yarışa qədər gələn il hansı sürücülərlə yarışacaqları ilə bağlı qərar verməyəcəklərini bildirib.

F-1.az xəbər verir ki, Formula1-in debütant komandası olan Haas-ın sürücüləri Roman Qrojan və Esteban Qutyerres geridə qalan 10 yarışda fərqli nəticələr əldə ediblər. Qrojan yarışlardan 4-də ilk onluğa girərək ümumilikdə 28 xal toplayarkən, meksikalı komanda yoldaşı isə hələ heç bir xal toplamayıb və 3 yarışı 11-ci yerdə tamamlayıb. Komandanın rəhbəri Ştayner iki sürücünün arasındakı xal fərqinin çox olmasına baxmayaraq, onların çıxışına qiymət vermək üçün hələ çox tez olduğunu düşünür.

Günter Ştayner: “Biz öz aramızda razılığa gəlmişik ki, Avropadakı yarışlar yekunlaşana qədər sürücülərimizlə bağlı danışmayaq. Mənim fikrimcə, Estebana indiyə qədərki çıxışına görə qiymət vermək ədalətli olmaz. Çünki bir neçə yarışda qəzalara uğradı və mexaniki problemlər yaşadı. Heç kimi təzyiq altına salmırıq. Biz danışmağa başlasaq, şayiələr çoxalar. Bununla da sürücülərin özlərinə olan inamı azalar. Lakin biz onlardan ən yaxşısını əldə etmək istəyirik”.

Avropa yarışları 21 yarışlıq təqvimdə 14-cü olan və 4 sentyabrda keçiriləcək İtaliya Qran Prisi ilə yekunlaşır. Ştayner komandanın həmin günə qədər hər hansı bir qərar verməyəcəyini bildirib: “Montsadakı yarışdan sonra vəziyyətə baxacayıq. Tələsmirik. Gələn il üçün arxayınıq və panikaya düşməyə ehtiyac yoxdur. Əgər etdiyiniz şeyə əminsinizsə, yersiz və radikal addımlar atmazsınız”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 172
Teqlər , , ,
Paylaş

logo