16 Dekabr 2017, Şənbə - 15:08

G.Ştayner təqvimin uzadılmasına qarşıdır

G.Ştayner təqvimin uzadılmasına qarşıdır

Müəllif: Rauf Hacıyev, redaktor

18:44 - 17 Oktyabr, 2016

Haas komandasının rəhbəri Günter Ştayner Formula1 təqvimindəki yarışların artırılmasını sorğulayıb…

F-1.az xatırladır ki, bu mövsüm Formula1 təqvimində 21 yarış var və bu, idman tarixində rekord sayılır. Bu yarışların keçirilməsi isə 9 ay ərzində planlaşdırılmışdı. Çempionatın yeni sahibi Liberty Media şirkəti isə bildirmişdi ki, sonrakı mövsümlərdə yarışların sayını artırmaq istəyir.

Amma Ştayner bu barədə fikirlərini bildirib: “Yarışları necə artıracaqlar mənə maraqlıdır. Əgər işimiz ancaq yarışmaqdan ibarət olsa, bunun nə mənası olacaq? Mən düşünürəm ki, hər şey daha keyfiyyətli olsa, daha məntiqli olar. Arxa planda nələrin baş verdiyini bilmirəm. Mən düşünürəm ki, 21 yarış limitdir. Daha çox yarış necə olacaq, onu bilmirəm. Xüsusən də, qitələrarası yarışlar bizim üçün çox çətin olur. İnsanlar elə düşünür ki, təyyarəyə minib gedirik. Amma aysberqin görünməyən tərəfi elə deyil.

Əgər biz bilsək ki, bizə daha çox gəlir gələcək, buna yox demərik. Amma daha çox işləyib, daha az qazansaq, bunu niyə qəbul edək?”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 109
Teqlər , ,
Paylaş

logo