22 Noyabr 2017, Çərşənbə - 13:13

G.Ştayner: “Alonso körpə kimi ağlayır”

G.Ştayner: “Alonso körpə kimi ağlayır”

Müəllif: Rauf Hacıyev, redaktor

12:16 - 04 Noyabr, 2017

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Alonso həmişə stüardlara istəklərini qəbul etdirir.

F-1.az xatırladır ki, Meksika yarışında 14-cü döngədə Alonso və Qrojan yan-yana gəlmiş və fransalı sürücü döngəni kəsməli olmuşdu. Bundan sonra ispaniyalı sürücü radio ilə rəqibindən gileylənmiş və fransalı sürücüyə 5 saniyəlik cəza gəlmişdi.

Günter Ştayner: “Alonso Roman ilə yaşanan insidentdə olduğu kimi həmişə körpə tək ağlayır. Beləliklə, stüardlar onun dediklərini edirlər. Maqnussenə hücum edə bilmədi, çünki bilirdi ki, onu tras xaricinə itələyib keçə bilməyəcək. Buna görə də cəhd də etmədi. Kevin mükəmməl sürücüdür və buna görə də onu transfer etmişik. Sadəcə mübarizə aparmaq istəyir və heç kəsə yerini vermir. Buna görə də hamı ona pis adam kimi baxır, lakin məncə, Maqnussen düzgün edir. O heç kimə yol vermək məcburiyyətində deyil”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 449
Teqlər , , , , ,
Paylaş

logo