“Formula1 jurnalistlərin gözü ilə” adlı məqalə müsabiqəsinə start verilir

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti noyabrın 1-də sayca ikincisi olan “Formula1 jurnalistlərin gözü ilə” adlı məqalə müsabiqəsinə start verir.

Müsabiqənin keçirilməsində əsas məqsəd bu ildən etibarən Bakıda keçirilən Formula1 yarışına jurnalistlərin marağını cəlb etmək və bütövlükdə ölkə ictimaiyyəti arasında avtoidman yarışının bu növü haqqında məlumatlılığı artırmaqdır.

BŞH-nın Marketinq və Kommunikasiya üzrə rəhbəri Nigar Arpadarai jurnalistləri müsabiqədə fəal iştiraka dəvət edir: “Bu il Bakı ilk dəfə Formula 1 Avropa Qran Prisinə ev sahibliyi etmişdi və bu dünya əhəmiyyətli bir yarışı izləmək və işıqlandırmaq jurnalistlərimiz üçün nadir bir fürsət olmuşdu.

Fürsətdən istifadə edərək mən bütün əlaqədar jurnalistləri bu müsabiqədə fəal iştirak etməyə səsləyirəm və inanıram ki, ölkə ictimaiyyəti bu məqalələr sayəsində Formula1 yarışına yaxından bələd olacaq və bu da, öz növbəsində, ölkəmizdə avtoidman azarkeşlərinin sıralarını daha da genişləndirəcək”.

Dekabrın 25-dək davam edəcək müsabiqədə vətəndaşlığından asılı olmayaraq Azərbaycanda yaşayan və ya işləyən 21 yaşını tamamlamış bütün çap və internet media nümayəndələri iştirak edə bilərlər.

Müsabiqənin nəticələri gələn il yanvarın 14-də elan olunacaq və müsabiqənin qalibi gələn il Barselonada keçiriləcək mövsümöncəsi testləri izləmək üçün İspaniyaya səyahət üçün bilet qazanacaq.

İştirakçılar, həmçinin, qiymətli hədiyyələr və sertifikatlarla mükafatlandırılacaqlar.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*