F.Massanın kartinq turnirinin iştirakçıları

Biz artıq yazmışdıq ki, yanvarın 12-13-də Florianopolisin Beto Carrero kartodromunda Felipe Massanın təşkil etdiyi ənənəvi xeyriyyə kartinq turniri keçiriləcək. Felipe […]

Biz artıq yazmışdıq ki, yanvarın 12-13-də Florianopolisin Beto Carrero kartodromunda Felipe Massanın təşkil etdiyi ənənəvi xeyriyyə kartinq turniri keçiriləcək. Felipe artıq 8-ci dəfə dostlarını bir araya toplayacaq və əgər Çempionlar Yarışı idman mövsümünə son qoyursa, Felipenin turniri yeni mövsümə start verir.

Turnirin iştirakçıları arasında keçmiş və indiki Formula1 sürücüləri çoxdur, amma yerli sürücülər daha çox təmsil olunublar – əlbəttə, turnirin ulduzu Fernando Alonso hesab olunur.

Sürücülər tras və texnika ilə yanvarın 11-də tanış olacaqlar, sonrakı iki gün isə müxtəlif tədbir və yarışlara ayrılıb – uik-endin proqramı ilə turnirin rəsmi saytında tanış ola bilərsiniz.

İştirakçıların siyahısı:
1. Fernando Alonso (İspaniya, Formula1)
2. Felipe Massa (Braziliya, Formula1)
3. Anna Beatris Bia Fuqeyredo (Braziliya, Formula İndy)
4. Kaka Bueno (Braziliya, Copa Fiat/Stock Car)
5. Vitantonio Liutsi (İtaliya, Formula1)
6. Xayme Algersuari (İspaniya, Formula1)
7. Kamui Kobayaşi (Yaponiya, Formula1)
8. Jül Byanki (Fransa, WSR/Formula1)
9. Lukas di Qrassi (BRaziliya, WEC)
10. Auqustu Farfuş (Braziliya, DTM)
11. Felipe Nasr (Braziliya, GP2)
12. Luis Raziya (Braziliya, GP2)
13. Nelsinyo Pike (Braziliya, NASCAR)
14. Pyetro Fittipaldi (Braziliya, NASCAR)
15. Allem Koadir (Braziliya, Stock Car)
16. Leonardo Nienkotter (Braziliya, Copa Fiat)
17. Tyaqo Kamilo (Braziliya, Stock Car)
18. Luçano Burti (Braziliya, Stock Car)
19. Antonio Pitsoniya (Braziliya, Stock Car)
20. Valdeno Brito (Braziliya, Stock Car)
21. Beto Monreyru (Braziliya, Formula Truck)
22. Sebastyen Buemi (İsveçrə, Formula1)
23. Enrike Bernoldi (Braziliya, Stock Car)
24. Rikardo Zonta (Braziliya, Stock Car)
25. Juan Paulo de Oliveyra (Braziliya, Super GT/Formula Nippon)
26. Vitor Meyra (Braziliya, Formula İndy)
27. Bruno Senna (Braziliya, Formula1)

, , , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*