20 Fevral 2018, Çərşənbə axşamı - 11:20

Ferrari testlərin keçirilməsi qaydalarını pozub?

Ferrari testlərin keçirilməsi qaydalarını pozub?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:21 - 04 May, 2011

Ferrari keçən olduğu kimi, yenə də tənqid atəşinə tutulub: mətbuatda məlumat yayılıb ki, komanda reklam çəkilişləri zamanı yeni komponentləri sınaqdan […]

Ferrari keçən olduğu kimi, yenə də tənqid atəşinə tutulub: mətbuatda məlumat yayılıb ki, komanda reklam çəkilişləri zamanı yeni komponentləri sınaqdan keçirib.

Felipe Fyoranoda zavod trasında cümə günü işlədikdən sonra bildirmişdi ki, “simulyatorda işdən sonra trasa qayıtmaq çox xoşdur.”

Bundan sonra İspaniyanın AS qəzeti yazıb ki, 150º İtalia maşınına Türkiyə Qran Prisi üçün nəzərdə tutulmuş bəzi yeniliklər quraşdırılıbmış, amma reklam çəkilişi zamanı bu cür sınaq keçirilməsi qaydalarla qadağan olunub.

Lakin İtaliyanın omnicorse.it saytı bildirib ki, Massanın Fyoranoda idarə etdiyi maşın yalnız sazlanmaları ilə fərqlənib: sayt Maranelloda naməlum mənbəyə istinad edib, mənbənin bildirdiyinə görə, maşında heç bir yeni element olmayıb. Amma İstanbul Parkda 150º İtalia-nın həqiqətən kompleks modernizə olunması gözlənilir: təkmilləşdirilmiş ön qanad, diffuzor və arxa asılqanlar.

İstənilən halda, praktiki olaraq bütün mənbələrdə qeyd olunur ki, Massanın maşınının arxası əvvəlkindən nəzərəçarpacaq dərəcədə yuxarı olub. Məlum olduğu kimi, bu cür yanaşma Red Bull-da çoxdan istifadə olunur: şassinin önə doğru meyilli olması əyilən ön antiqanaddan effektiv istifadə etməyə imkan verir.

İtaliyanın mötəbər Autosprint dərgisinin jurnalistləri hesab edirlər ki, Skuderiya riskə gedib və reklam çəkilişləri günü çempionatın lideri Red Bull-un tətbiq etdiyi texniki elementlərin testini keçirib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 97
Teqlər
Paylaş

logo