Ferrari S.Buemi ilə maraqlanır?

2012-ci ildə Sebastyen Buemi Red Bull komandasının test sürücüsü kimi komandanın simulyatorunda intensiv işləyib – süni maşının sükanı araxsında Buemi […]

2012-ci ildə Sebastyen Buemi Red Bull komandasının test sürücüsü kimi komandanın simulyatorunda intensiv işləyib – süni maşının sükanı araxsında Buemi virtual traslarda minlərlə km yol qət edib. Bundan başqa Seastyen Toyota zavod komandasının heyətində “Lə Manın 24 saatı” marafonunda da iştirak edib. Amma isveçərli sürücü mövsümdən razı qalmayıb, çünki yenidən real Formula1 maşınının sükanı arxasına qayıtmaq istəyir.

Komandalarda praktiki olaarq vakansiya qalmayıb, amma İsveçrənin Blick qəzeti keçmiş Toro Rosso sürücüsünü Lotus komandasına Roman Qrojan, Bruno Senna, Kamui Kobayaşi və Heykki Kovalaynenlə birlikdə namizədlər sırasında qeyd etməklə, Sebastyenə Maranellodan təklif gəldiyini yazıb: Jül Byanki Force İndia komandasında test və ehtiyat sürücü kimi çalışdığı üçün Ferrari komandasında son nəsil Formula1 maşınlarını sürə bilən sürücülərə ehtiyac var.

Bundan başqa, Ferrari yaxşı başa düşür ki, Sebastyenə Red Bull komandasının bir çox sirləri də məlumdur. Amma problem bundadır ki, Red Bull da Buemi ilə 2013-cü ildə işini davam etdirməyə hazırdır və yeni müqavilənin imzalanmasını gözləyir…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*