15 Dekabr 2017, Cümə - 21:48

F.Massa: “Fettel qız kimi ağlamağı sevir”

F.Massa: “Fettel qız kimi ağlamağı sevir”

Müəllif: Rauf Hacıyev, redaktor

10:09 - 01 May, 2017

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, Fettel ağlamağı xoşlayır.

F-1.az xatırladır ki, Fettel yarışın sonunda rəqibi Bottasla fərqi bir saniyənin altına salsa da, dövrəvi sürücü olan və Hülkenberq ilə mübarizə aparan Massanın arxasında vaxt itirmişdi. Almaniyalı sürücü bu hadisədən sonra radio vasitəsilə Massadan, – “bu nə deməkdir?”, – deyərək şikayət etmişdi.

Felipe Massa: “Radiodan şikayət etdi? Ciddisiniz? Dördüncü döngədən əvvəl yavaşladım və daxili trayektoriyanı onun üçün açıq buraxdım, amma keçmək istəmədi. Daxildən hücum etməyə qorxdu. Amma mən tamamilə solda idim və keçməyinə icazə verdim. Əminəm ki, son dövrədə Valtterini keçə bilməzdi. Əlimdən heç nə gəlmir. O, qız kimi ağlamağı sevir.

Bottasa görə sevinirəm. Məncə, buna layiqdir. Çox adam deyirdi ki, o yüksək səviyyəli sürücü deyil, amma mən bilirdim ki, elə deyil. Mercedes-lə uğurlar qazanacağını bilirdim və indi bunu edir. Mercedes-lə 4-cü yarışında ilk qələbəsini qazandı. İndi yarış qazandığı üçün fərqli sürücü olacaq. Artıq daha çox uğur qazanacaq”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 216
Teqlər , , , , , ,
Paylaş

logo