17 Oktyabr 2018, Çərşənbə - 05:37

F.Briatore: “Alonsonun McLaren-ə keçməsində mənim rolum var”

F.Briatore: “Alonsonun McLaren-ə keçməsində mənim rolum var”

Müəllif: Rauf Hacıyev, redaktor

19:26 - 21 İyun, 2016

Flavio Briatore bildirib ki, Fernando Alonsonun McLaren-ə keçməsində onun da böyük rolu olub.

F-1.az xatırladır ki, Alonso 2010-2014-cü illər aralığında Ferrari komandasında yarışmışdı. İspaniyalı sürücü 2010 və 2012-ci illərdə Dünya Çempionu titiulu uğrunda mübarizə aparmışdı. Alonso 2014-cü ildə Ferrari-nin zəifləməsindən sonra komandadan ayrıldı və 2015-ci ildə McLaren komandasına transfer olundu. Təcrübəli sürücü McLaren-dəki ilk mövsümündə xal almaq uğrunda mübarizə apardı.

Alonso ilə yaxın dost olan Flavio Briatore bildirib ki, Alonso Ferrari-ni çox sevir: “Düşünürəm ki, Ferrari onun ən çox sevdiyi komandadır. Ancaq o vaxtı çox adam onun barəsində danışırdı. Alonso artıq bunlara dözə bilmirdi. İdarəçilərin günahı yox idi, amma çoxlu söz-söhbətlər gəzirdi. Yaxşı nəticələr almadığı üçün tənqid edilirdi, amma bolid elə pis vəziyyətdə idi ki, ikinci cərgəni belə tuta bilmirdi. Bundan başqa 2010-cu ilin Abi Dabi yarışında doğru strategiya tətbiq edilsəydi, Dünya Çempionu ola bilərdi”.

Briatore bildirib ki, Alonsonun McLarenə keçməsində onun böyük rolu var: “Keçən dəfə bir jurnalist ondan “Yenə də qalib gələ biləcəksiniz” sualını soruşdu və hamı güldü. Alonso McLaren-ə transfer olanda belə düşündüm ki, Honda rəqabətədavamlı olacaq. Buna görə də onun McLaren-ə keçməyində mənim də günahım var. Ona mən məsləhət verdim. Təbii ki, nəticələrə baxsaq, deiləcək hər hansı bir sözün olmadığını görərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 275
Teqlər , , ,
Paylaş

logo