23 Oktyabr 2017, Bazar ertəsi - 17:28

F.Alonsoya İndy500-də yarışmaq icazəsi verilib

F.Alonsoya İndy500-də yarışmaq icazəsi verilib

Müəllif: Rauf Hacıyev, redaktor

14:15 - 03 May, 2017

Fernando Alonso bu gün İndianapolisdə keçirilən debütant sürücü testindən sonra İndy500 yarışında çıxış etmək icazəsi alıb.

F-1.az xatırladır ki, debütant sürücülərin İndy500-də yarışa bilmələri üçün debütant testləri olur və bu testlərdə müəyyən sürətlə lazımi qədər məsafə qət etmək lazımdır.

İspaniyalı sürücü McLaren Honda Andretti komandası ilə trasa çıxıb. 35 yaşlı debütant 205-210 mil/saat sürəti ilə 10 dövrə, 210-215 mil/saat və 215-220 mil/saat aralıqlarında 15 dövrə vurmalı idi. Alonso ilk test günündə 3 aralıqda 51 dövrə vuraraq, 219.654 mil/saat sürətə çatıb.

Mario Andretti: “O bacara biləcəyi şeyləri qüsursuz etdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 489
Teqlər , , ,
Paylaş

logo