F.Alonso: “Honda ilə problemim yoxdur”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, komandalar testlərdə real güclərini göstərmirlər.

F-1.az xatırladır ki, digər komandalar səkkizgünlük testləri bir mühərriklə yola versələr də, McLaren komandası 3 mühərrikdən istifadə etmişdi.

Fernando Alonso: “Honda ilə problemim yoxdur. Qış testlərində əla işlədilər və təkmilləşiblər. Əgər bunu davam etdirib beşliyə düşsələr, sevinərəm. Amma inanmıram ki, bu, mümkün olsun. Testlər əsl yarışlara bənzəmirlər. 21 yarışda üç mühərrikdən istifadə etmək asan deyil. Bəzi problemlər yaranacaq. Renault ilə işlədiyimiz üçün sevincliyik. Keçən ilə nisbətən 4 saniyə güclənmişik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*