20 Oktyabr 2018, Şənbə - 21:55

Dubayda da Formula1 yarışı keçirilə bilər

Dubayda da Formula1 yarışı keçirilə bilər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:40 - 16 Fevral, 2013

Fevralın əvvəlində Dubayın Emirates Airline aviaşirkəti formula1-lə beşillik sponsor müqaviləsi imzalayaraq çempionatın qolbal tərəfdaşına çevrilib. Təəccüblü deyil ki, bu xəbərdən […]

Fevralın əvvəlində Dubayın Emirates Airline aviaşirkəti formula1-lə beşillik sponsor müqaviləsi imzalayaraq çempionatın qolbal tərəfdaşına çevrilib. Təəccüblü deyil ki, bu xəbərdən sonra şayiələr yayılıb ki, Dubay tezliklə Qran Pri keçirə bilər.

Yerli avtodromun başçısı Hamiş Braun yarışın keçirilməsi ehtimalını istisna etməyib, hərçənd, Dubay trası formula1 standartlarına uyğun gəlmir…

Hamiş Braun: “Birləşmiş Ərəb Ərmilikləri (BƏƏ) dünya miqyası yarışı çox uğurla qəbul edir. Bizim avtodrom da FİA-nın lisenziyasına malikdir və arxa fonda Dubayın gözəl göydələnləri görünür.

Hökumət Dubayın beynəlxalq imicini yüksəltmək üçün müxtəlif variantları nəzərdən keçirir. Amma Formula1 yarışı keçirmək üçün biz avtodromun infrastrukturunu tam yenidən qurmalıyıq ki, FİA-nın tələblərinə cavab verək – mətbuat mərkəzini böyütmək, tribunaların tutumunu artırmaq və s. lazımdır. Avtodrom 12 ay ərzində tikilib və 2004-cü ildən beynəlxalq yarışları qəbul edir.”

Berni Ekksltoun da Dubayda yarışın keçirilməsi ehtimalını istisna etməyib: “Niyə də yox? Hər şey mümkündür – Abu Dabinin BƏƏ-də Formula1-ə eksklüziv hüququ yoxdur…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 278
Teqlər , , ,
Paylaş

logo