23 Noyabr 2017, Cümə axşamı - 11:42

Deyəsən, Manor ilk testlərdə ancaq Verlyaynla işləyəcək

Deyəsən, Manor ilk testlərdə ancaq Verlyaynla işləyəcək

Müəllif: Elçin Zodorov, redaktor

11:12 - 14 Fevral, 2016

Bir neçə gün əvvəl Paskal Verlyaynla müqavilə bağladıqlarını elan edən Manor komandasının digər pilotunun kim olacağına hələ də aydınlıq gəlməyib…

F-1.az xəbər verir ki, mövsümöncəsi testlərin ilk gününə qədər 2-ci sürücünün kim olacağı məlum olmasa, komandanı testlərin 4 günündə də Verlyayn təmsil etməli olacaq.

AutoBild bildirir ki, namizəd pilotlar çox olsa da, onların heç biri tələb edilən 15 milyon avroluq məbləği tapa bilməyib.

Rio Haryanto sponsoru Pertamina şirkətinin və İndoneziya hökumətinin köməyi ilə bu məbləği toplaya bilər, amma Manor ona bunun üçün fevralın 16-na qədər vaxt verib…

Komanda üçün digər seçim isə, Rossi, Stivens və Haryantonun hər birinin 5 milyon avro ödəyərək mövsüm ərzində 7 yarışa çıxmalarıdır.

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 355
Teqlər , , , , , ,
Paylaş

logo