17 Oktyabr 2018, Çərşənbə - 07:10

D.Rikkardo ya batacaq, ya da…

D.Rikkardo ya batacaq, ya da…

Müəllif: Rauf Hacıyev, redaktor

14:14 - 31 Yanvar, 2018

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, növbəti müqaviləsində ya batacaq, ya da daha yaxşı olacaq.

F-1.az xatırladır ki, avstraliyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda bitəcək. Amma 28 yaşlı sürücü yeni müqavilə bağlamağa tələsmir.

Daniel Rikkardo: “Bu idmanda uzun illərdir çıxış edirəm. Amma artıq 23-24 yaşım yoxdur. Öyrənməyə davam edirəm və zirvəyə hələ çatmamışam. Növbəti müqaviləm çox vacibdir. Ya çempion olacam, ya da batacam. Buna görə də gözləyib komandaların gücünü görmək istəyirəm. Bəlkə daha çox alternativim olar. Bəlkə də olmaz.

Böyük ehtimalla, birillik müqavilə olmayacaq. Çoxillik müqavilə olacaq. İki il və daha çox. Buna görə də düzgün qərar verməliyəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 161
Teqlər ,
Paylaş

logo