13 Dekabr 2018, Cümə axşamı - 01:33

D.Rikkardo özünü sərnişin kimi hiss edib

D.Rikkardo özünü sərnişin kimi hiss edib

Müəllif: Rauf Hacıyev, redaktor

11:13 - 24 İyun, 2018

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Fransadakı sıralanma turunda özünü sərnişin kimi hiss edib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü sıralanma turunda lider Həmiltondan 0.8 saniyə geri qalaraq 5-ci olub.

Daniel Rikkardo: “5-ci yer də, 6-cı yer də yaxşı olsa da, sessiya qorxunc idi. Çünki özümü sərnişin kimi hiss etdim. Boliddən istədiyim performansı ala bilmədim. Hər şey məhdud idi. Ön qanaddakı hər şeydən istifadə etsək də, bolid öndən sürüşməyə meyilli idi və tez əldən çıxırdı. Əlimizdən heç nə gəlmirdi. Üçüncü sərbəst yürüşlər üçün bəzi dəyişikliklər etmişdik, amma yağış yağdığı üçün yoxlaya bilmədik. Cümə günü istifadə etdiyimiz sazlanmalara qayıtmalı olduq. Paketimizdə asfaltayatma qüvvəsi rəqiblərimizdən yaxşıdır və buna görə düzlükdə hücum etmək asan olmayacaq. Yaxşı starta ehtiyacımız var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 98
Teqlər , , ,
Paylaş

logo