19 Sentyabr 2017, Çərşənbə axşamı - 15:49

D.Rikkardo: “Fettel özünü apara bilmir”

D.Rikkardo: “Fettel özünü apara bilmir”

Müəllif: Rauf Hacıyev, redaktor

10:11 - 27 İyun, 2017

Red Bull komandasının sürücüsü Daniel Rikkardo Azərbaycan yarışında Həmiltonla Fettel arasında yaşanan insidentdə britaniyalı sürücünü müdafiə edib.

F-1.az xatırladır ki, Həmilton Bakıdakı yarışda təhlükəsizlik avtomobilinin çıxış dövrəsində anidən yavaşlamış və bunu gözləmiyən Fettel arxadan rəqibinə çırpılaraq, ön qanadını zədələmişdi. Buna görə əsəbiləşən dördqat Dünya Çempionu brtaniyalı sürücünün yanına gələrək, Ferrari-sini Mercedes-ə çırpmışdı. Stüardlar bu hərəkətinə görə 29 yaşlı sürücüyə 10 saniyə dayan və get cəzası vermişdilər.

Daniel Rikkardo: “Sebastyan hərəkət etməmişdən əvvəl bunun nəticələrini düşünmür. Onun necə istəklə və emosionallıqla sürdüyünü bilirik. Lakin bəzən bunü müəyyən həddə saxlamalıdır. Onun idmana sevgisinə hörmət edirəm. Lakin bəzən bu istək onun aqressivləşməsinə səbəb olur. Bəzən radioda ağzına gələni danışır. Lyuis yavaşlasa da, yavaşlamasa da tempi müəyyən etmək haqqı ondadır. Lider odur və sürətlənmək üçün tez idi. 15-ci döngədən sonra restart barədə düşünmək olmaz. Sebastyan çox həyəcanlı idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 197
Teqlər , , , , , , , , ,
Paylaş

logo