D.Kulthard: “Williams uğursuzluğa görə məyus olmur”

Sabiq Formula1 sürücüsü Devid Kulthard bildirib ki, Williams komandası artıq uğursuzluğun ağrısını unudub.

F-1.a xatırladır ki, Formula1-in ən titullu ikinci komandası bu il təkcə Bakıda xal ala bilib və hazırda 4 xalla turnir cədvəlinin zirzəmisindədir.

Devid Kulthard: “Williams üçün narahatam. Artıq keçmişdəki kimi uğursuzluğa görə məyus olmurlar. Sözlərlə insanları aldada bilərsiniz, amma yalandan rola girə bilməzsiniz. Onlardakı ambisiyanın qayıtmasına ümid edirəm. Paddokdakı hər kəs uğurlarına görə Williams komandasına hörmət edir. Amma vaxt keçir və get-gedə bu da unudulacaq. Ümid edirəm, geri dönüş edə bilərlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*