14 Dekabr 2017, Cümə axşamı - 13:48

C.Əllison Lounu əvəzləyəcək?

C.Əllison Lounu əvəzləyəcək?

Müəllif: Elçin Zodorov, redaktor

06:20 - 10 Dekabr, 2016

Mercedes AMG ilə müqaviləsini hələ də uzatmayan Pəddi Lounun komandadan ayrılacağı, lakin Ferrari-yə keçməyəcəyi iddia edilir.

F-1.az xatırladır ki, Pəddi Lou 2012-ci ilin sonunda McLaren-dən ayrılaraq Lyuis Həmiltonla birlikdə Mercedes AMG-yə keçmiş, yeni komandasının çempionluqlarında vacib rol oynamışdı. Geridə qoyduğumuz mövsümün ortasında Ceyms Əllisonla yolları ayrılan Ferrari-nin Lou ilə maraqlandığı barədə xəbərlər çıxmış, lakin həm mütəxəssisin özü, həm də komandası bunu təkzib etmişdi. Mercedes AMG uzun müddətdir ki, Lou ilə müqaviləni uzatmaq barədə danışıqlar aparır. Lakin hələ də razılaşma əldə edilmədiyindən, komanda Əllison kimi alternativ variantları da nəzərdən keçirmək məcburiyyətində qalıb.

İddialara görə, Lou ilə danışıqlar uğursuz nəticələnib. İngilis və alman mətbuatının xəbərinə görə, Lou komandasının təklifindən razı qalmayıb. Eyni xəbərlərdə onun komandadan ayrılacağı təqdirdə Ferrari-yə keçməyəcəyi bildirilib, çünki mütəxəssis Britaniyada qalmaq istəyir. Mövzu ilə bağlı növbəti günlərdə daha ətraflı məlumatların olacağı gözlənilir və Lounun McLaren-ə qayıda biləcəyi ifadə edilir.

Ceyms Əllisonun Ferrari-dən ayrılma səbəbi yazda həyat yoldaşını itirdikdən sonra tək qalan uşaqlarına daha çox vaxt ayırmaq istəməsi idi – bunun üçün də mütəxəssis Britaniyada yaşamağa məcburdur. Deməli, Ceyms bazası ölkəsində yerləşən komandalardan birində işləmək təklifinə heç də pis baxmaz. Lakin adı mövsüm ərzində Renault, Williams və McLaren-lə yanaşı çəkilən Əllison təklifləri rədd etmişdi. İddialara görə, Lou komandadan ayrılarsa, yerinə Əllison gətiriləcək. Belə olacağı halda, Mercedes AMG Niko Rosberqdən sonra komandanın uğurlarında böyük pay sahibi olan daha bir şəxsi itirəcək…

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 416
Teqlər , , ,
Paylaş

logo