23 Oktyabr 2017, Bazar ertəsi - 15:39

Britaniya-2017: Sürücülərin cərimə balları

Britaniya-2017: Sürücülərin cərimə balları

Müəllif: Elçin Zodorov, redaktor

16:05 - 17 İyul, 2017

FİA 2014-cü ildən etibarən cərimə ballarının tətbiqinə başlayıb – hər bir sürücüyə bəzi hallarda yarışdakı mövqeyinə təsir edəcək cəzalardan əlavə cərimə balı da verilir.

Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.

F-1.az xatırladır ki, dünən baş tutan Britaniya Qran Prisində cərimələnən yeganə sürücü Daniil Kvyat olmuşdu – Saynsın mübarizəni dayandırmasına səbəb olan qəzada günahkar hesab edilən Kvyat pit yolundan keçmək cəzasından əlavə, 2 cərimə balı almışdı. Hazırda onun aktivində 9 bal var və bu göstəriciyə görə “vahid lider”dir.

Növbəti yarış iki həftə sonra baş tutacaq. Bu müddət ərzində ancaq hazırda yarışmayan Esteban Qutyerresin keçən il Macarıstanda aldığı 2 cərimə balı silinəcək (aşağıdakı cədvəldə nəzərə alınıb). Macarıstandakı yarışdan bir gün sonra isə Sayns və Rosberq keçən il Almaniya Qran Prisində aldıqları ballardan xilas olacaqlar.

YerNSürücüBal1-ci cərimə2-ci cərimə3-cü cərimə4-cü cərimə5-ci cərimə
126Daniil Kvyat92 (ABŞ, 2016)1 (Meksika, 2016)2 (Kanada, 2017)2 (Avstriya, 2017)2 (Britaniya, 2017)
255Karlos Sayns72 (Almaniya, 2016)1 (Meksika, 2016)2 (Bəhreyn, 2017)2 (Kanada, 2017)
35Sebastyan Fettel72 (Malayziya, 2016)2 (Meksikа, 2016)3 (Azərbaycan, 2017)
42Stoffel Vandorn51 (Rusiya,2017)2 (İspaniya, 2017)2 (Avstriya, 2017)
511Serxio Peres53 (Sinqapur, 2016)2 (Monako, 2017)
630Colion Palmer52 (Əbu Dabi, 2016)3 (Çin, 2017)
720Kevin Maqnussen52 (ABŞ, 2016)1 (Rusiya, 2017)2 (Kanada, 2017)
831Esteban Okon42 (Sinqapur, 2016)2 (Braziliya, 2016)
927Niko Hülkenberq44 (Çin, 2017)
106Niko Rosberq42 (Almaniya, 2016)2 (Malayziya, 2016)
1121Esteban Qutyerres33 (Belçika, 2016)
128Roman Qrojan33 (Çin, 2017)
1312Felipe Nasr22 (İtaliya, 2016)
1494Paskal Verlyayn22 (İspaniya, 2017)
1522Censon Batton22 (Monako, 2017)
1644Lyuis Həmilton22 (Bəhreyn, 2017)
1719Felipe Massa22 (Braziliya, 2016)
1833Maks Ferstappen11 (Meksika, 2016)

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 441
Teqlər , , ,
Paylaş

logo