23 Noyabr 2017, Cümə axşamı - 11:38

Braziliya-2017: Üçüncü sərbəst yürüşlər

Braziliya-2017: Üçüncü sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:08 - 11 Noyabr, 2017

Bu gün səhər hava soyuyub, asfaltın temperaturu cümə günü ilə müqayisədə iki dəfə aşağı düşüb, ona görə də komandalar dünən tapdıları sazlanmalara düzəliş etməli olublar.

F-1.az xəbər verir ki, sessiyanın əvvəlində sürücülər trasa Medium təkərlərlə çıxıblar. Kevin Maqnussen yoxlama dövrəsindən sonra maşını mexaniklərə verib və 15 dəqiqə gözləməli olub.

Sessiyanın 10-cu dəqiqəsində Ləns Strollun Williams-ında ötürmələr qutusu sıradan çıxıb. Maşının təxliyəsi üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub. Kanadalı bir daha trasa qayıtmayıb.

Fersappen sessiyanın son dəqiqələrində yerində fırlanıb, trasdan çıxıb, amma baryerlərə çırpılmadan qurtula bilib.

Soyuq asfaltda Mercedes və Ferrari sürücüləri çox sıx nəticələr göstəriblər – bu dördlük 0.058 saniyəyə yerləşib. Red Bull sürücülərinin təkərlərin qızıdırılması ilə bağlı problemləri üzə çıxıb. Protokollara isə Valtteri Bottas trasın yeni mütləq rekordu ilə başçılıq edib – 1:09.281.

YerNSürücüKomandaZamanFərqDövrə
177Valtteri BottasMercedes AMG1:09.28124
244Lyuis HəmiltonMercedes AMG1:09.284+ 0:00.00326
37Kimi RəykkönenFerrari1:09.326 + 0:00.04520
45Sebasytan FettelFerrari1:09.339 + 0:00.05821
53Daniel RikkardoRed Bull1:10.244 + 0:00.96314
614Fernando AlonsoMcLaren1:10.288 + 0:01.00715
711Serxio PeresForce İndia1:10.322 + 0:01.04121
831Esteban OkonForce İndia1:10.357 + 0:01.07623
933Maks FerstappenRed Bull1:10.495 + 0:01.2149
1055Karlos SaynsRenault1:10.599 + 0:01.31823
112Stoffel VandornMcLaren1:10.637 + 0:01.35621
1219Felipe MassaWilliams1:10.671 + 0:01.39014
1320Kevin MaqnussenHaas1:10.721 + 0:01.44019
1427Niko HülkenberqRenault1:10.743 + 0:01.46218
158Roman QrojanHaas1:10.762 + 0:01.48120
1610Pyer QasliToro Rosso1:10.981 + 0:01.70032
1728Brendon HartliToro Rosso1:11.085 + 0:01.80430
1894Paskal VerlyaynSauber1:11.126 + 0:01.84525
199Markus ErikssonSauber1:11.480 + 0:02.19927
2018Ləns StrollWilliams1

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 132
Teqlər , , , , , , ,
Paylaş

logo