Brawn GP sonuncu boksları tutacaq

Bu həftə FİA-nın Ümumdünya Şurası Brawn GP komandasının dünya çempionatında iştirakını rəsmiləşdirib, amma statusunu dəyişib – Ross Braunun yeni komandası […]

Bu həftə FİA-nın Ümumdünya Şurası Brawn GP komandasının dünya çempionatında iştirakını rəsmiləşdirib, amma statusunu dəyişib – Ross Braunun yeni komandası Honda Racing komandasının davamçısı deyil, yeni iştirakçı elan olunub, bu isə həm gəlirlərin bölüşdürülməsinə, həm də boksların yerləşdiriliməsinə təsir edəcək. Çempionatın yeni iştirakçısı adətən pit-leyndə sonuncu boksları tutur, faktiki olaraq komanda Force İndia ilə yerini dəyişəcək. Berni Ekklstoun bu yerdəyişməni təsdiq edib…

Berni Ekklstoun: “Onlar istənilən yeni bir komandanın tutacaqları yeri alacaqlar. Bu Honda deyil, dekabrın 5-də Honda getdi, onlar rəsmi bəyanat verdilər və bunu şirkətin prezidenti də bir neçə dəfə təsdiq etdi. Əgər onlar qalmaq istəsəydilər, başqa sponsorlar tapsalar belə adlarını saxlamağa çalışardılar, onda varislikdən danışmaq olardı.”

Hələlik aydın deyil ki, Censon Batton və Rubnes Barrikellonun maşınlarında da nömrə dəyişikliyi olacaqmı? FİA-nın rəsmi sənədlərində onlara 18 və 19 rəqəmləri verilib, amma Ekklstounun məntiqinə əsasən, bu nömrələr Sutil və Fizikellaya verilməlidir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*