18 Noyabr 2017, Şənbə - 16:04

Brawn GP – sıralanma turundan razı qalmayıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:53 - 26 Aprel, 2009

Brawn GP komandasının sürücüləri Censon Batton və Rubens Barrikello bu gün sıralanma turunda müvafiq olaraq 4-cü və 6-cı yerləri tutublar, […]

Brawn GP komandasının sürücüləri Censon Batton və Rubens Barrikello bu gün sıralanma turunda müvafiq olaraq 4-cü və 6-cı yerləri tutublar, amma çempionatın liderləri yekun nəticələrdən razı qalmayıblar…

Censon Batton: “Bu gün biz poula ümid edirdik, amma təəssüf ki, bu mövsümün uğursuz sıralanma turu oldu. Bizə sürət çatmır. Finalda son cəhdimdə düöngələrin çıxışında maşın trası yaxşı tutmurdu, döngələrə girişdə isə təkər daim bloka düşürdü. Bizi həm bu təəccübləndirir, həm də rəqiblərimizi nəticələri. Bu gün onlar bizdən güclü idilər. Sabah bizi çətin yarış gözləyir, amma biz bilirik ki, dolu baklarla biz hamıdan sürətliyik. İndi hər şey yarışın startından asılı olacaq.”

Rubens Barrikello: “Sıralanma turu biz istədiyimiz kimi keçmədi. Finalda son dövrəmdə trafikə düşdüm. Ona görə də təkərləri lazım olan qədər qızdıra bilmədim, göstərdiyimi nəticə də sürətli alınmadı. Rəqiblərimiz yaxşı inkişaf edirlər, baxaq görək yarışda onlar nə göstərəcəklər.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 53
Teqlər
Paylaş

logo