16 İyul 2018, Bazar ertəsi - 09:02

B.Ekklstoundan qalmaqallı sözlər

B.Ekklstoundan qalmaqallı sözlər

Müəllif: Rauf Hacıyev, redaktor

13:23 - 18 Dekabr, 2017

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, sabiq FİA prezidenti Maks Mosli ilə Ferrari-yə çox kömək ediblər.

F-1.az xatırladır ki, Maks Mosli 1994-2009-cu illər arasında FİA-nın prezidenti olub. Ferrari komandasının ən gözəl dövrləri də Moslinin dövrünə düşür. İtalyanlar bu dövrdə 8 dəfə Mühəndislər Kubokunun, 6 dəfə isə Sürücülər Çempionatının qalibi olmuşdular.

Berni Ekklstoun: “Ferrari-nin Formula1-dən gedəcəyi ilə bağlı hədələri onların köhnə variantlarından biridir. Qalib gələ bilməyəndə panikaya düşürlər və nə edəcəklərini bilmirlər. Mən və Mosli onlara etdiyimiz köməklərin siyahısını hazırlaya bilərik, lakin Ferrari bunu inkar edəcək.

Formula1-də demokratiya adlı heç nə yoxdur. Yeni sahiblər bunu tezliklə anlayacaqlar. Hələ heç nə etməyiblər və bunu özləri də deyirlər. Hələ də mənim ideyalarımdan istifadə edirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 163
Teqlər , ,
Paylaş

logo