20 Oktyabr 2017, Cümə - 01:42

Avstraliya-2017: Birinci sərbəst yürüşlər

Avstraliya-2017: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

06:42 - 24 Mart, 2017

Melburnda əla hava şəraiti hökm sürür. Belə ki, mövsümün ilk sessiyasına heç nə mane olmayıb.

F-1.az bildirir ki, işıqforun yaşıl işığının yanması ilə demək olar ki, bütün sürücülər trasa yollanıblar. Esteban Okon əyləclərdəki problemlərə, Stoffel Vandorn isə maye sızıntısına görə boksda qalmalı olublar, lakin hər iki sürücü problemlər aradan qaldırıldıqdan sonra məşqlərə başlaya biliblər.

Red Bull-un sürücüləri isə sessiyanın əvvəlində ən yaxşı nəticə uğrunda Mercedes AMG sürücüləri ilə mübarizə apara biliblər. Ferrari isə daha sərt təkərlərlə yarış simulyasiyasına üstünlük verib. Sessiyanın ortasına doğru nəticələr keçənilki poul nəticəsinə yaxın olub.

Ciddi qəza baş verməsə də, Daniel Rikkardo, Valtteri Bottas, Roman Qrojan və Markus Eriksson xırda səhvlərə yol veriblər. Colion Palmer texniki problemlərə görə sessiyanı vaxtından əvvəl başa vurub. Protokollara komanda yoldaşını yarım saniyəlik fərqlə üstələyən Lyuis Həmilton başçılıq edib – 1:24.220.

Nahardan sonra məşqlər davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:24.22022
277Valtteri BottasMercedes AMG1:24.803+ 0:00.58325
33Daniel RikkardoRed Bull1:24.886+ 0:00.66619
433Maks FerstappenRed Bull1:25.246+ 0:01.02619
57Kimi RəykkönenFerrari1:25.372+ 0:01.15216
65Sebastyan FettelFerrari1:25.464+ 0:01.24410
719Felipe MassaWilliams1:26.142+ 0:01.92228
88Roman QrojanHaas1:26.168+ 0:01.94820
927Niko HülkenberqRenault1:26.183+ 0:01.96315
1011Serxio PeresForce İndia1:26.276+ 0:02.05628
1155Karlos SaynsToro Rosso1:26.450+ 0:02.23024
1226Daniil KvyatToro Rosso1:26.514+ 0:02.29425
1318Ləns StrollWilliams1:26.734+ 0:02.51429
1414Fernando AlonsoMcLaren1:27.116+ 0:02.89618
159Markus ErikssonSauber1:27.348+ 0:03.12830
1631Esteban OkonForce İndia1:27.656+ 0:03.43622
1720Kevin MaqnussenHaas1:27.667+ 0:03.44719
1894Paskal VerlyaynSauber1:28.539+ 0:04.31922
1930Colion PalmerRenault1:28.585+ 0:04.3656
202Stoffel VandornMcLaren1:28.695+ 0:04.47513

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 628
Teqlər , , , , ,
Paylaş

logo