20 May 2018, Bazar - 14:17

Avstraliya-2016: Üçüncü sərbəst yürüşlər

Avstraliya-2016: Üçüncü sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:38 - 19 Mart, 2016

Dünənki sərbəst yürüşlrədən fərqli olaraq, 3-cü sərbəst yürüşlər quru trasda baş tutub. Bütün sürücülər aktiv mübarizə aparıblar – Soft və SuperSoft tərkiblərin effektivliyini qiymətləndirərək dünən itirdikləri vaxtı kompensə etməyə çalışıblar.

F-1.az xəbər verir ki. məşqlər xoşagəlməz insidentlə başlayıb – pit-leyndə Roman Qrojan və Rio Haryanto toqquşublar. Komandaların boksları qonşudur, mexaniklər sürücüləri eyni anda trasa buraxıblar, amma Haryanto çox ləng tərpəndiyi üçün maşınlar eyni anda eyni nöqtədə görüşməli olublar. Görünüşcə maşınların zədəsi ciddi görnməsə də, haryanto bir neçə dəqiqədən sonra trasa qayıtdığı halda, Haas maşınında mexaniklər altlığı da dəyişməli olublar.

Komandalar öz proqramları üzrə işləyiblər – Red Bull sürücüləri sıralanma turuna hazırlaşıblar, Mercedes AMG komandasının sürücüləri SuperSoft təkərlərin resursunu müəyyən etməyə çalışıblar. Yekunda təkərlər yalnız 12 dövrə dözüblər, sonra isə hər iki sürücü ciddi problem yaşayıblar. Rosberq 11-ci döngədən əvvəl əylənmədə Maqnussenlə toqquşmadan qaçmaq üçün trasdan çıxmalı olub. Ferrari sürücüləri isə Soft təkərlərlə həm qısa, həm də uzun dövrələr seriyasında işləyiblər.

Sessiyanın ikinci yarısında Mercedes AMG və Ferrari sürücüləri sıralanma turuna hazırlığa başlayıblar və dərhal Red Bull-un nəticəsini qat-qat yaxşılaşdırıblar. Toro Rosso sürücüləri belə ana komandanı üstələyiblər. Protokollara isə Lyuis Həmilton başçılıq edib.

Qarşıda bizi maraqlı sıralanma turu gözləyir…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:25.62424
26Niko RosberqMercedes AMG1:25.800+ 0:00.17625
35Sebastyan FettelFerrari1:25.852+ 0:00.22825
455Karlos SaynsToro Rosso1:26.257+ 0:00.63328
57Kimi RəykkönenFerrari1:26.435+ 0:00.81123
633Maks FerstappenToro Rosso1:26.701+ 0:01.07726
777Valtteri BottasWilliams1:26.730+ 0:01.10628
83Daniel RikkardoRed Bull1:26.768+ 0:01.14422
919Felipe MassaWilliams1:27.151+ 0:01.52728
1011Serxio PeresForce İndia1:27.242+ 0:01.61822
1114Fernando AlonsoMcLaren1:27.263+ 0:01.63920
1222Censon BattonMcLaren1:27.341+ 0:01.71720
1326Daniil KvyatRed Bull1:27.430+ 0:01.80622
149Markus ErikssonSauber1:27.659+0:02.03526
1520Kevin MaqnussenRenault1:27.871+ 0:02.24724
1627Niko HülkenberqForce İndia1:27.988+ 0:02.36422
1730Colion PalmerRenault1:28.117+ 0:02.49324
1821Esteban QutyerresHaas1:28.284+ 0:02.66021
198Roman QrojanHaas1:28.292+ 0:02.66811
2012Felipe NasrSauber1:28.293+ 0:02.66926
2194Paskal VerlyaynManor1:29.046+ 0:03.42218
2288Rio HaryantoManor1:29.272+ 0:03.64823

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 280
Teqlər ,
Paylaş

logo