20 Sentyabr 2018, Cümə axşamı - 20:35

Avstraliya-2016: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Avstraliya-2016: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:51 - 16 Mart, 2016

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Albert Parkda da Formula1 sürücülərini iki DRS zonası gözləyir.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, trasın 3-cü döngəsi qarşısında kələ-kötürlülüyü götürmək üçün 25 metr sahədə asfalt örtüyü yenilənib.

5-ci döngənin çıxışında dəmir qoruyucu baryerlərin və işlənmiş təkərlərdən qurulmuş baryerlərin konfiqurasiyası bir az dəyişdirilib.

15-ci döngədən əvvəl marşal məntəqəsi hərəkət istiqamətində 12 metr irəli çəkilib.

16-cı döngənin çıxışında porebrikin uzunluğu 4 metr artırılıb – porebrik tədricən asfaltla bərabərləşir.

Bundan başqa FİA yeganə interval ölçmə nöqtəsi ilə iki DRS zonasını da təsdiq edib: hər il olduğu kimi əgər 14-cü döngənin apeksinə 13 metr qalmış maşınlar arasında interval ölçülən nöqtədə interval bir saniyədən az olarsa, onda hücum edəcək sürücü DRS sistemini iki ardıcıl düzlükdə aktivləşdirə bilər – start düzlüyündə (1-ci döngəyə 762 metr qalmış) və ikinci-üçüncü döngələr arasındakı düzlükdə (3-cü döngəyə 510 metr qalmış).


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 363
Teqlər , , , ,
Paylaş

logo